Şahin Çatma, Azerbaycan Altyapı Kadın Milli Takımlar Başantrenörü olarak imza attı
Azerbaycan küçük ve genç kız voleybol takımlarının yeni başkanı olarak atanan Türk antrenör Şahin Çatma’ nın katılımıyla voleybol merkezinde düzenlenen bir tören ile Azerbaycan Alt Yapı Kadın Milli Takımlar baş antrenörlüğüne getirildi. Voleybol Merkezi’nde düzenlenen basın toplantısına Azerbaycan Voleybol Federasyonu (AVF) başkanı Shahin Bagirov, başkan yardımcıları Faig Garayev ve Bahruz Guliyev, genel sekreteri Faig Orujov, diğer federasyon çalışanları ve medya temsilcileri katıldı.
Azerbaycan Voleybol Federasyonu’nun sosyal medya üzerinden yaptığı açıklama;
Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət komandalarına yeni rəhbər təyin olunmuş türkiyəli mütəxəssis Şahin Çatmanın iştirakı ilə mətbuat konfransı keçirilib. Voleybol Mərkəzində təşkil olunan mətbuat konfransında Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezidentler Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, federasiyanın digər əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Ş.Bağırov tədbiri açaraq qonaqları salamlayıb. Federasiyanın yeniyetmə və gənc voleybolçuların yetişdirilməsi istiqamətində həyata keçirilən işlərdən danışan qurum rəhbəri bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə türkiyəli mütəxəssis Şahin Çatmanın ölkəmizə dəvət olunduğunu bildirib. Ş.Bağırov təcrübəli mütəxəssislə muqavilə imzalandığını və avqustdan bu işlərə start verəcəyini vurğulayıb. Həmçinin onun artıq paytaxtda və bölgələrdə bir sıra seleksiya işləri apardığını da əlavə edib.
Sonra Şahin Çatma çıxış edərək AVF rəhbərliyinə ona etimad göstərildiyinə görə təşəkkürünü bildirib. Ölkəmizdə daim uşaq voleyboluna diqqət ayrıldığını deyən türkiyəli mütəxəssis bu istiqamətin daha da inkişaf etdirilməsi üçün çalışacaqlarını bildirib.
Vitse-prezident Faiq Qarayev çıxış edərək Ş.Çatmayla Türkiyədə birgə çalışdıqlarını deyib, federasiyasının ölkəmizdə yeniyetmə və gənc voleybolçuların yetişdirilməsi işində onun böyük köməyi olacağına inandığını vurğulayıb, uğurlar arzulayıb.
Sonda jurnalistlərin sualları cavablandırılıb.”